Çinin şərqində yerləşən Serter şəhəri qadağaları ilə diqqət çəkir.

Unikal.org xəbər erir ki, Sertar şəhəri Çinin Siçuan bölgəsində yerləşir və Tibet Muxtar Vilayətinə tabedir. Bu şəhər öz tarixi ənənələri və qaydalarına sadiqdir.

Təpənin yamacında yerləşən vahid evlərdən ibarət olan şəhər görünüşü ilə turistləri valeh edir. Son məlumatlara görə, şəhərdə təxminən 60 min insan yaşayır.

Sertar şəhərində buddizm əsaslı təhsil alan 40 min keşiş və rahibə üçün çox sayda qadağalar mövcuddur. Təhsil almaq üçün buraya gələn gənclərə televiziya və oxşar texnoloji cihazlardan istifadə qəti qadağandır. Şəhərdəki tələbələr vaxtlarını tamamilə ibadət və duaya həsr edirlər. Ən maraqlısı budur ki, şəhərdə  tualetə getmək də qadağandır.