Cənubi Afrikanın Qautenq əyalətində yaşayan  37 yaşlı  hamilə qadın dünya rekordu qırıb. 

Unikal.org  xəbər verir ki, Qosima Tamara adlı qadın bir dəfəyə 10 uşaq dünyaya gətirib. Belə ki, sancıları  tutan qadın  təcili xəstəxanaya çatdırılıb.  O, 7 oğlan və  3 qız olmaqla 10 uşaq dünyaya gətirib. 

Qadın və  həyat yoldaşı 5 uşaq gözlədiklərini, lakin bunun Tanrının bir hədiyyəsi  olduğunu  bildiriblər. 

Qeyd edək ki, bundan əvvəl Malili  qadın 9 uşaq dünyaya gətirmişdi.