Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün bütün xəritələri təhvil vermək lazımdır.

Unikal.org xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda minaya düşərək həlak olması barədə F.Riker bu hadisəni faciə adlandırıb:

"İnsanların mina partlaması nəticəsində həyatını itirməsi faciədir. Hesab edirik ki, bütün xəritələri təhvil vermək lazımdır. Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım göstərə bilərik".

F.Riker Ermənistanla Azərbaycan sərhədində baş vermiş son hadisələrdən narahatlığını bildirib:

"Biz tərəfləri məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir".