Özbəkistanda bu il ilk dəfə nadir astronomik hadisə-Günəş tutulması müşahidə ediləcək. Bu dəfə Günəş tutulması Ayın Günəşin az bir hissəsini tutması şəklində müşahidə olunacaq.

Unikal.org Özbəkistanın Uluqbəy adına Astronomiya İnstitutuna istinadla xəbər verir ki, Günəş tutulması iyunun 10-u Daşkənd vaxtı ilə 16:57 dəqiqədə başlanacaq, maksimum fazası 17:26 dəqiqədə özünü göstərəcək və 17:53 dəqiqədə başa çatacaq.

Sonuncu dəfə Özbəkistanda Günəş tutulması ötən il iyunun 21-də qeydə alınıb.

İnstitutun məlumatında deyilir ki, növbəti Günəş tutulması 2022-ci il oktyabrın 25-də olacaq.