Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

Belə ki, R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşaiyət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub. Bu zaman yolda - R.Deqatinin tam yaxınlığında mina aşkarlanıb. Minaaxtaranların təlimatı ilə fotojurnalist hərəkəti dayandırıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.