Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarına 4 nəfər buraxılmayıb.

DİM-dən Unikal.org-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.