UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.

Unikal.org  qurumun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.