Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli dəfn edilib.

Unikal.org xəbər verir ki, mərhum “Qurd qapısı” qəbirstanlığında torpağa tapşırılıb

***

11:54

Xalq artisti Ramiz Əzizbəyli Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Unikal.org xəbər verir ki, R.Əzizbəyli iyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.

***

20:10

 Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

O, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.