Sabah AVRO-2020-yə start veriləcək.

Unikal.org-un məlumatına görə, sayca 16-cı qitə çempionatı Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

31 gün davam edəcək turnirdə qitənin 24 ən güclü komandası çıxış edəcək. Final matçı iyulun 11-də baş tutacaq yarışda ümumilikdə 51 qarşılaşma təşkil olunacaq. Hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq yığmalar 1/8 finala vəsiqələrin sahibini müəyyənləşdirəcək.

Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda mükafatlar uğrunda yarışı davam etdirəcək.

A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (meydan sahibi), Uels, İsveçrə
B qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (meydan sahibi), Finlandiya, Belçika, Rusiya (meydan sahibi)
C qrupu (Amsterdam/Buxarest): Niderland (meydan sahibi), Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu (London/Qlazqo): İngiltərə (meydan sahibi), Xorvatiya, Şotlandiya (meydan sahibi), Çexiya
E qrupu (Sevilya/Sankt Peterburq): İspaniya (meydan sahibi), İsveç, Polşa, Slovakiya
F qrupu (Münhen/Budapeşt): Macarıstan (meydan sahibi), Portuqaliya (son qalib), Fransa, Almaniya (meydan sahibi)

Turnirin son qalibi Portuqaliya 5 il öncə qazandığı titulu qorumaq üçün mübarizə aparacaq. 11 təşkilatçı ölkədən 9-u - İtaliya, Danimarka, Rusiya, Niderland, İngiltərə, Şotlandiya, İspaniya, Almaniya və Macarıstan doğma divarlar arasında oynayacaq. Yalnız Azərbaycan və Rumıniya turnirdən kənar qalıb.

AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb.

AVRO-2020-nin təqvimi

I tur
11 iyun
Roma. A qrupu
23:00. Türkiyə - İtaliya

12 iyun
Bakı. A qrupu
17:00. Uels – İsveçrə

Kopenhagen. B qrupu
20:00. Danimarka – Finlandiya

Sankt-Peterburq. B qrupu
23:00. Belçika - Rusiya

13 iyun
London. D qrupu
17:00. İngiltərə - Xorvatiya

Buxarest. C qrupu
20:00. Avstriya - Şimali Makedoniya

Amsterdam. C qrupu
23:00. Niderland – Ukrayna

14 iyun
Qlazqo. D qrupu
17:00. Şotlandiya – Çexiya

Sankt-Peterburq. E qrupu
20:00. Polşa - Slovakiya

Sevilya. E qrupu
23:00. İspaniya – İsveç

15 iyun
Budapeşt. F qrupu
20:00. Macarıstan - Portuqaliya

Münhen. F qrupu
23:00. Fransa – Almaniya

II tur
16 iyun
Sankt-Peterburq. B qrupu
17:00. Finlandiya - Rusiya

Bakı. A qrupu
20:00. Türkiyə - Uels

Roma. A qrupu
23:00. İtaliya – İsveçrə

17 iyun
Buxarest. C qrupu
17:00. Ukrayna - Şimali Makedoniya

Kopenhagen. B qrupu
20:00. Danimarka – Belçika

Amsterdam. C qrupu
23:00. Niderland – Avstriya

18 iyun
Sankt-Peterburq. E qrupu
17:00. İsveç - Slovakiya

Qlazqo. D qrupu
20:00. Xorvatiya – Çexiya

London. D qrupu
23:00. İngiltərə - Şotlandiya

19 iyun
Budapeşt. F qrupu
17:00. Macarıstan – Fransa

Münhen. F qrupu
20:00. Portuqaliya - Almaniya

Sevilya. E qrupu
23:00. İspaniya – Polşa

III tur
20 iyun
Roma. A qrupu
20:00. İtaliya – Uels

Bakı. A qrupu
20:00. Türkiyə - İsveçrə

21 iyun
Amsterdam. C qrupu
20:00. Niderland - Şimali Makedoniya

Buxarest. C qrupu
20:00. Avstriya – Ukrayna

Sankt-Peterburq. B qrupu
23:00. Finlandiya – Belçika

Kopenhagen. B qrupu
23:00. Rusiya - Danimarka

22 iyun
London. D qrupu
23:00. Çexiya - İngiltərə

Qlazqo. D qrupu
23:00. Xorvatiya - Şotlandiya

23 iyun
Sankt-Peterburq. E qrupu
20:00. İsveç – Polşa

Sevilya. E qrupu
20:00. Slovakiya - İspaniya

Münhen. F qrupu
23:00. Almaniya - Macarıstan

Budapeşt. F qrupu
23:00. Fransa - Portuqaliya

1/8 final
26 iyun
Amsterdan
1. 20:00. 2A – 2B

London
2. 23:00. 1A – 2C

27 iyun
Buxarest
3. 20:00. 1C – 3D/E/F

Sevilya
4. 23:00. 1B – 3A/D/E/F

28 iyun
Kopenhagen
5. 20:00. 2D – 2E

Buxarest
6. 23:00. 1F – 3A/B/C

29 iyun
London
7. 20:00. 1D – 2F

Qlazqo
8. 23:00. 1E – 3A/B/C/D

1/4 final
2 iyul
Sankt-Peterburq
9. 20:00. 6-cı cütün qalibi – 5-ci cütün qalibi

Münhen
10. 23:00. 4-cü cütün qalibi – 2-ci cütün qalibi

3 iyul
Bakı
11. 20:00. 3-cü cütün qalibi – 1-ci cütün qalibi

Roma
12. 23:00. 8-ci cütün qalibi – 7-ci cütün qalibi

Yarımfinal
6 iyul
London
13. 23:00. 10-cu cütün qalibi – 9-cu cütün qalibi

7 iyul
14. 23:00. 12-ci cütün qalibi – 11-ci cütün qalibi

Final
11 iyul
London
13-cü cütün qalibi – 14-cü cütün qalibi