AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün 45 minə yaxın bilet satılıb.

Bu barədə Unikal.org-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, iyunun 12-də A qrupu çərçivəsində baş tutacaq Uels – İsveçrə qarşılaşması üçün hələlik 6000 bilet satılıb. İyunun 16-da keçiriləcək Türkiyə - Uels matçına maraq daha böyükdür. “Ay-ulduzlular”ın Britaniya təmsilçisi ilə görüşünü izləmək üçün 20 min bilet sifariş olunub. 

Türkiyə - İsveçrə və 1/4 final mərhələsinin oyunlarına isə hələlik ümumilikdə 19 minə yaxın bilet satılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyunları maksimum 31 min azarkeş izləyə bilər.