Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi Əjdaha qayıq  bayramına həsr olunmuş onlayn tələbə seminar təşkil edib. Bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.

Unikal.org xəbər verir ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov R.Abbasov düşüncə və fəlsəfi ümumiləşdirmələrlə, böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyası haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın  “Azərbaycan” və “Çin səddi” şeirlərini Çin dilində söyləyib.

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Əjdaha qayıq bayramın yaranma tarixi və ənənələri barədə danışıb. O, məşhur Azərbaycan şairlərinin Çinə həsr etdikləri əsərlərindən bəhs edib.