"Bir neçə gün öncə Ramizlə əlaqə  saxladım. O, mənə  hər  şeyin yaxşı olacağını  və  sağalandan sonra mütləq görüşəcəyimizi bildirmişdi". 

Bu sözləri  Unikal.org-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.

O, həmçinin  Ramiz Əzizbəylinin dəfn mərasimində iştirak edə bilmədiyi üçün təəssüf hissi keçirdiyini  dilə gətirib:

"Pandemiya ilə əlaqədar risk qrupa aid olduğum üçün dəfn mərasimlərində iştirak etmirəm. Bunu yaxınlarım, sənət dostlarım da bilir. Buna görə  çox təəssüflənirəm. Ramiz Əzizbəyli böyük sənətkar idi. Ramizlə "Bəyin oğurlanması" filmində bir çalışmışıq. Hər zaman deyib-gülən, şən əhval-ruhiyyəli insan idi. Onu yaxından tanıdıqca "Bir insan necə yorulmaz?!"  deyə  fikirləşirdim. Daim  çalışırdı, mübarizə aparırdı. Amma son dönəmlər səhhətində  yaranan problemlərə qalib gələ  bilmədi". 

Gülayə  Mecid