İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılıb.

Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

15:24

xxx

Bakıda icra məmuru Faiq Əkbərov döyülüb. 

Unikal.org xəbər verir ki,  Binəqədi rayon İcra və probasiya şöbəsinin əməkdaşı Faiq Əkbərov icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.

Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.