Ten-d'Ermitaj kommunasında vətəndaşlarla görüşən Fransa Prezidenti Emmanuel Makrona şillə vuran Sen-Valye şəhərinin sakini Damyen Tarel məhkəmənin qərarı ilə dörd ay müddətinə həbsə məhkum edilib və iki illik şərti cəza alıb.

Bu barədə Unikal.org “gazeta.ru”ya istinadən xəbər verir.

Bu iki il ərzində o, işləməli və ya təlim keçməli, həmçinin psixoloji yardım almalıdır. Həmin müddət ərzində məhkum heç bir yeni qanun pozuntusu törətməməlidir.

Həmçinin o, beş il müddətinə silah sahibi olmaq hüququndan məhrum edilib və hər hansı dövlət vəzifəsini tuta bilməz. Bundan başqa, Tarelin mülki hüquqları üç il müddətinə məhdudlaşdırılacaq.

28 yaşlı vətəndaş daha əvvəl cinayət məsuliyyətinə cəlb olunmayıb. Tarelin sözlərinə görə, o, səkkiz il ali təhsilini bitirdikdən sonra ümumilikdə 2 ilə yaxın işləyib.