ABŞ Prezidenti Co Bayden Almaniya kansleri Angela Merkellə görüşəcək.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Görüşün Almaniya kanslerinin Vaşinqtona səfəri çərçivəsində - iyulun 15-də Ağ Evdə keçiriləcəyi bildirilib.

Görüşdə liderlər COVID-19 pandemiyası, iqlim dəyişikliyi və "Şimal Axını-2" ilə bağlı müzakirələr aparacaqlar.