Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəsində keçirəcəyi ikitərəfli görüşlərdə Ermənistanın Azərbaycana Qarabağda minalanmış ərazilərin xəritəsini verməməsi ilə bağlı mövzuya toxunacağını deyib.

Unikal.org “Haber Global”a istinadən xəbər verir ki, bu barədə o, İstanbulda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Ermənistan mövzusu gündəmə gələn zaman mina xəritələri məsələsini də müzakirə edəcəyik. Mina məsələsi ilə bağlı əlaqəli şəxsləri dəstək göstərməyə və bu problemin həlli üçün kömək etməyə çağıracağıq”, - deyə Türkiyə lideri vurğulayıb.