Pakistanın Bəlucistan əyalətində terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

Unikal.org  xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qarşıdurma zamanı bir əsgər şəhid olub, 2 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, terrorçuların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.