Çinin Hubey vilayətində güclü partlayış olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şiyan şəhərinin Canvan rayonunda yaşayış məhəlləsində baş verib.

Məlumata görə, partlayış zamanı dağıntılar altında qalan 11 nəfər ölüb, 37 nəfər isə ağır yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Hadisə nəticəsində ərazidəki binalar dağıntılara məruz qalıb.