Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

Unikal.org xəbər verir ki, turnirdə 82 kiloqram çəki dərəcəsində iştirak edən yunan-Roma güləşçimiz Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib.

Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. R.Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən R.Hüseynov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıblar.