Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 387 mindən çox artıb.

Unikal.org  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 387 min 209 nəfər yeni koronavirusa yoluxub, 10 min 158 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 175 milyon 306 min 598, ölənlərin isə 3 milyon 792 min 777 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.