Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 82 yoluxma halı qeydə alınıb.

Unikal.org "news.am"a istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223805-ə çatıb.

Son 24 saat ərzində koronavirusdan 1 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4489-a çatıb.