“Türkiyə mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm”.

Unikal.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

Prezident qeyd edib:

“Onlar öz canlarını təhlükəyə ataraq, Azərbaycan həqiqətlərini çatdırırdılar. 44 günlük müharibə dövründə ən təhlükəli yerlərində Türkiyə jurnalistləri vardı. Mən özüm müharibə zamanı bəzən Türkiyə mətbuatının hazırladıqları reportajları izləyirdim. Burda həmçinin professonallıqdan danışmaq lazımdır”.