AVRO-2020-nin qrup mərhələsi davam edir.

Unikal.org  saytının məlumatına görə, yarışın beşinci günündə F qrupunda mübarizəyə start verilib.

Günün ilk matçı Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Meydan sahibləri son Avropa çempionu Portuqaliyanı qəbul edib.

Görüşün ilk yarısı pireneylilərin aşkar üstünlüyü ilə keçib. Lakin portuqaliyalılar çoxsaylı hücumlardan yararlana bilməyib. Macarıstan futbolçuları isə sürətli əks-həmlələrlə rəqibini narahat edib.

Fasilədən sonra da görüşün ssenarisi dəyişməyib. Qələbə qazanmaq üçün hücumlara daha böyük qüvvə sərf edən portuqaliyalılar rəqibin əks-hücumları üçün boşluqlar verib. Lakin 61 min azarkeşin gözü önündə keçirilən qarşılaşmadakı qollar matçın sonlarına təsadüf edib. Son çempion Rafael Gerreronun qolu ilə macarların müqavimətini qırıb. Ardınca Kriştiano Ronaldo dubla imza ataraq darmadağını rəsmiləşdirib.

Qeyd edək ki, I tura Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Fransa – Almaniya matçı ilə yekun vurulacaq.

AVRO-2020
I tur, 15 iyun
F qrupu
20:00. Macarıstan - Portuqaliya - 0:3
Qollar: Rafael Gerrero, 84, Keiştiano Ronaldo, 86 (pen.), 90+2
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt. “Puşkaş Arena”