Bu gün Ermənistan mediası və müstəqil siyasi ekspertlər Türkiyə liderinin Qarabağın Mədəniyyət Paytaxtı Şuşaya səfərindən yazıb,

Unikal.org xəbər verir ki, bu hadisənin ermənilər üçün utancverici olduğunu bildiriblər. Hətta müxalifət təmsilçiləri 15 iyun tarixinin Ermənistan tarixinə yazılacaq "qara gün" kimi təqdim ediblər.

Ölkənin eks-prezidenti Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov Türkiyə liderinin Azərbaycanın işğaldan azad etdiyi Şuşaya səfərini Ermənistanın məğlubiyyəti adlandırıb və buna görə Nikol Paşinyan hakimiyyətini tənqid atəşinə tutub.

"15 iyun 2021-ci il gələcək tarix dərsliklərində "milli utanc" günü kimi yazılacaq. Niyə? Çünki türklər rəsmi olaraq Şuşaya getdi. Paşinyan isə Sünikə getdi".