Türkiyə Pakistan üçün 4-cü korvetin (kiçik döyüş gəmisi) istehsalına başlayır.

Unikal.org  xəbər verir ki, “Milgem” korvetinin istehsalı ilə bağlı Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Məhəmməd Əmcəd Xan Niyazi və ASFAT şirkətinin baş direktoru Əsəd Akgün arasında müqavilə imzalanıb.

Məsələ ilə bağlı açıqlama verən Ə.Akgün bu müqavilənin iki ölkə arasında qardaşlıq əlaqələrini gücləndirdiyini deyib.