Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilir.

Unikal.org xəbər verir ki, toplantıda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edir.

***

15:11

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə Prezidenti iclasda deputatların önündə çıxış edəcək.

***

15:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.

Unikal.org xəbər verir ki, Türkiyə lideri iclasda çıxış edəcək.

Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. dünən o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşa şəhərində olub.