"Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

Bakı Metropoliteninin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur

***

09:28

Bakı metrosunun Əhmədli stansiyasında  sərnişinlər təlaşa düşüb. 

Unikal.org-un məlumatına görə, sözügedən stansiyada qatı tüstü müşahidə edilib.