Bu gün Rusiya Prezidenti Vladimir Putin Cenevrədə amerikalı həmkarı Co Baydenlə də  danışıqlar aparacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, görüş Villa La Qranjda baş tutacaq.

Sammit 4-5 saat davam edəcək və ilk öncə qısa bir hissədən daha sonra çay-qəhvə fasiləsi ilə iki geniş hissədən ibarət olacaq.

Rusiya nümayəndə heyətinə Sergey Lavrovdan əlavə xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuriy Uşakov, Baş qərargah rəisi Valeri Gerasimov və mətbuat katibi Dmitri Peskov da daxildir. Danışıqların sonunda Prezidentlərin ortaq mətbuat konfransının keçirilməsi planlaşdırılmır.

Sammitin gündəliyində strateji sabitlik, pandemiya, kiber cinayətlərlə mübarizə, iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi, Arktika və regional münaqişələr - Ukrayna, Suriya, Liviya, Əfqanıstan və Qarabağ məsələləri yer alır.