ABŞ və Rusiya liderlərinin görüşü NATO-nun siyasəti baxımından əhəmiyyətlidir.

Unikal.org xəbər verir ki, bunu baş katib Yens Stoltenberq “CNN”ə müsahibəsində deyib.

"İki prezidentin görüşməsini vacib hesab edirəm. Həmçinin, müttəfiqlərimizin məmnuniyyətlə qarşıladığı Prezident Co Baydenin həmkarı Putinlə görüşdən əvvəl bütün NATO liderləri ilə danışaraq məsləhətləşməsi çox mühüm faktdır. Çünki ittifaq təhlükəsizlik məsələlərində koordinasiya platformasıdır. Və əlbəttə ki, Rusiya ilə münasibətlər son dərəcə vacibdir", - baş katib bildirib.