Azərbaycanda ən çox əməkhaqqı verilən sahə məlum olub.

Unikal.org xəbər verir ki,  2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.