"Post Malone" ləqəbi ilə tanınan amerikalı məşhur repçi Ostin Riçard Post dişlərini brilyant qaşlarla bəzətdirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  25 yaşlı sənətçi iki dişinə hər biri 6 karat olan brilyant qoydurub.

Repçi bu prosedur üçün 1 milyon 600 min dollar (təxminən 2 milyon 720 min) xərcləyib.