Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Unikal.org-un xəbərinə görə, Ərdoğan paylaşımında bildirib ki, Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı başa düşüləcək.

“Çünki bu, dağıntının yox quruculuğun, zülmün yox ədalətin, kobudluğun yox zərifliyin, müharibənin yox sülhün, qanın yox, qəlbin zəfəridir”.