Əfqanıstanın şimalındakı Bəlx vilayətinə bomba hücumu həyata  keçirilib. 

Unikal.org xəbər verir ki,  Dövlət Abad mahalının mərkəzində yerləşən polis bölməsinə edilən hücumda 4  nəfər  həyatını itirib. 

Əyalət başçısı Celalettin Karizadenin  ilkin açıqlamasına görə, hücumda 3 mülki şəxsin və bir təhlükəsizlik işçisinin öldüyünü qeyd edib.  O, həmçinin də bomba partlayışı nəticəsində bölgədəki evlər və ictimai binalar dağılıb. 

Partlayışın kim və  ya kimlər  tərəfindən törədildiyi məlum deyil.