Xəbər verdiymiz kimi, Azərbaycan ağırlıqqaldırma üzrə milli komandasının bolqarıstanlı legioneri Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib. O dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

Boyanka Kostova artıq milli komandadan xaric edilib. 

Bu barədə Unikal.org-a Azərbaycan Ağır Atletika Federsaiyasının baş katibi Rizvan Rəsulov məlumat verib.

O bildirib ki, belə idmançının qalması milli komandanın adına ləkədir: "Doppinqin aşkarlanması idmançının özünün günahıdır. O peşəkar idmançıdır, özü bilər. Məsuliyyətini özü daşıyır. Boyonka əlbəttə, bizim milli komandada qalmayacaq. Elə idmançının qalmasına ehtiyac yoxdur. O idmançı bizə şərəfsizlikdən başqa heç nə gətirmir". 

Aygün İlqarqızı