UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

Unikal.org “RİA Novosti”yə istinadla xəbər verir ki, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo mətbuat konfransı zamanı masa üzərindəki “Coca-cola” şüşələrini kənara çəkib. O, həmçinin insanları "Coca-cola" içməməyə, adi su içməyə çağırıb.

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.