Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  "Atiko" markalı yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən, Yevlax rayon sakini, 1956-cı il təvəllüdlü Mamedov Tahir Yolçu oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya aparılıb.

Onun həkim olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)