Türkiyənin Kayseri ərazisində ana azyaşlı övladına  siqaret çəkdirib daha sonra isə  zəhərli dərman verib. 

Unikal.org xəbər verir ki, qadın bununla yanaşı həmin anları kameraya çəkib. Belə ki, azyaşlının istismar edilməsi görüntülərindən sonra polis hərəkətə keçib. Öznur Ö. adlı qadın polis tərəfindən saxlanılıb. 

Məlum olub ki, qadın 4 il əvvəl Turgut Ö. adlı şəxslə ailə həyatı qurub. Onların bu izdivacdan bir oğlu dünyaya gəlib. Lakin aralarında yaranan mübahisədən sonra Turqut ailəsini  tərk edərək İngiltərəyə gedir. Depressiyaya düşən qadın isə özünü və  azyaşlı oğlunu  öldürmək qərarına gəlir. Hətta ana oğluna 3 yaşlı oğluna siqaret çəkdirib, zəhərli dərman verib. Həmin anları isə lentə  alaraq həyat yoldaşına göndərib. Turqutun polisə xəbər verməsindən sonra qadın saxlanılıb. 

 O, oğlunu və özünü bu şəkildə öldürəcəyini etiraf edib.  Azyaşlı xəstəxanaya yerləşdirilib. Qadın barəsində isə  qətimkan tədbiri seçilib.