Tanınmış aktyor Kaan Yıldırım müğənni Hadisə ilə ayrılması haqda iddialara cavab verib.

Unikal.org  xəbər verir ki, cütlüyün ayrılma səbəbi kimi iş adamı Reza Zarrab göstərilib. Belə ki, Yıldırım Hadisə ilə bağlı iddiaları dəqiqləşdirmək üçün Ebru Gündeşlə görüşüb. Gündeş keçmiş əri ilə Hadisənin münasibəti haqda Kaana hər şeyi danışıb və buna görə də aktyor münasibətlərinə son qoyub.

Kaan şayiələrə son qoymaq üçün "Münasibətimizin başqaları ilə heç bir zaman əlaqəsi olmadı. Dost kimi yollarımızı ayırdıq. Münasibətimə görə üşüncü bir şəxslə danışmağım mümkün deyil. Bu məsələnin bu yerə yozulması çox incidicidir. Hadisə ilə gözəl münasibət yaşadıq. Amma gəldiyimiz nöqtədə sevgi və hörmətlə dost kimi ayrıldıq" açıqlamasını verib.