Biləsuvar rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi olub.

Unikal.org xəbər verir ki, bununla bağlı TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Müvafiq əmrlə Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib.

Bundan əvvəl direktor vəzifəsində Xoşbəxt Ağayeva çalışıb.