Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.

Unikal.org xəbər verir ki, günün mərkəzi matçı F qrupunda keçirilib. Qrupun ilk oyununda qələbə qazanan Portuqaliya yığması Almaniya millisi ilə üz-üzə gəlib.

Oyunda hesabı Portuqaliya açsa da, almanlar əzmkar qələbəyə sevinib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Almaniya yığması qrupda ilk qələbəsini qazanıb.

Günün son matçı İspaniya və Polşa arasında keçiriləcək.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

Avropa çempionatı

19 iyun

F qrupu

Portuqaliya – Almaniya 2:4
Qol: K.Ronaldo, 15. D.Jota, 67 – R.Dias, 35-öz qapısına. R.Gerrero, 39-öz qapısına. K.Haverts, 51. R.Qosens, 60.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Münhen. “Alyans Arena”.