Türkiyənin  Adana şəhərində  yeni boşanan qadının hərəkətləri sosial mediada gündəm yaradıb. 

Unikal.org xəbər verir ki,  Çilem Ülker adlı qadın 18 illik həyat yoldaşından boşandıqdan sonra  əyləncə  verib. Belə ki, qadın evinin bağçasında boşanmasını zəfər olaraq qeyd edib. 

İki uşaq anası olan Çilem bağçada nağara və  zurna çaldıraraq, oynayıb.  Hətta qadının bu sevincinə qonşuları da şərik olub. Məlum olub ki, qadın həyat yoldaşından daim şiddət  görüb.  Bu səbəbdən onu məhkəməyə verib. Lakin boşanma prosedurları uzun çəkib. Nəhayət 2 ildən sonra qadın ərindən boşana bilib.