Böyük Britaniyada son sutka ərzində 10 321 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 620 968 nəfərə çatıb.

Unikal.org xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Son sutka ərzində 14 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 970 nəfərə çatıb.