Qəbələdə intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)