FİFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.

Həmçinin UEFA-nın baş katibi Teodor Teodoridis bu gün Bakıya gələcək və görüşü stadiondan izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.