Əməkdar artist Elza Seyidcahan "ATV maqazin onlarla" proqramına qonaq olub.

Unikal.org xəbər verir ki,  o, proqram boyunca maraqlı açıqlamalar verib.  Belə ki, aparıcının "Azərbaycan şou-biznesində gözəl saydığınız 3 ad deyin" sözlərinə belə  müğənni belə cavab verib:

"Təbii gözəl mənəm. Anadan necə doğulmuşam elə də oturmuşam. Hamısı əməliyyatdıdır. Həm xarici, həm daxili gözəllik Allahdan olmalıdır. Nisə Qasımova, Brilliant Dadaşova, Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Natavan Həbibi, Elnarə Xəlilova əməliyyat edib. Hər yaşın öz tələbləri var. Hamısı bu bağçanın gülləridir. Almaz Ələsgərli əsl xanımdır. Onlar artıq simadırlar. Ehtiyac varsa, əməliyyat etmək olar. Amma məsləhət görərdim ki, etməsinlər. İstərdim ki, bir uşağı görəndə deyim, nənəsinə oxşayır. İndi amma hamısı bir-birinə oxşayır".