1988-ci ildə  Fırat Universitetinin (FÜ)  Fizika fakültəsinə qəbul olan Zeki Gür 33 ildən sonra məzun olub. 

Unikal.org  "Anadolu Agentliyi"nə  istinadən xəbər verir ki, çobanlıq edən Zeki imkanları olmadığı üçün universiteti yarıda qoyub. Lakin 67 yaşlı Zeki illər sonra universitetə gedərək, təhsilini  davam etdirib. Belə ki, məzun olma sevincini yaşayan  Zeki Gur sevincini  mətbuatla bölüşüb.  

Qeyd edək ki,  Gurun təhsilinin yarıda qalmasına səbəb olanlardan biri də onun ailə həyatı qurması olub. 4 uşaq atası olan Zeki hazırda Elazığda kənd təsərrüfatı ilə  məşğuldur.