Əfsanəvi futbolçu Kriştiano Ronaldo daha bir əlçatmaz rekorda imza atıb.

Unikal.org xəbər verir ki, portuqaliyalı superulduz bu dəfə yaşıl meydanlarda deyil, sosial şəbəkədə ilklə yadda qalıb.

36 yaşlı forvard instaqram hesabında izləyicisinin sayı 300 milyona çatan ilk insan olub. Sosial mediada yalnız bir hesabın Ronaldodan çox izləyicisi var, bu da 397 milyonla instaqram özüdür.

Planetdə ən çox izləyiciyə malik ikinci şəxs məşhur “Hollivud” aktyoru Dueyn Consondur. Vaxtilə qaydasız döyüşün müxtəlif növlərində dəfələrlə çempion olmuş Consonu 246 milyon instaqramda təqib edir.

Ronaldonun yaşıl meydanlardakı əsas rəqibi Lionel Messi izləyici sayında ondan 81 milyon geri qalır. Argentinalı superulduzu 219 milyon izləyir.

Bundan başqa, amerikalı musiqi meqastarı Ariana Qrandenin 244 milyon, iş adamı Kayl Cennerin 241 milyon, müğənni Selena Qomesin isə hesabını izləyən 238 milyon adam var.

Qeyd edək ki, Kriştiano Ronaldonun ötən ilin yanvarında 200 milyon izləyicisi olub.