Türkiyədə “Eren-11” əməliyyatı çərçivəsində 2 terrorçu məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Eren-11” əməliyyatı çərçivəsində Bitlis Hizan ərazisində keçirilən əməliyyatlar zamanı 2 terrorçu zərərsizləşdirilib. “Terrorçulara qarşı əməliyyatlar davam edəcək”, - deyə məlumatda bildirilir.