Gürcüstanın prezidenti Salome Zurabişvili iyunun 23-də Ukraynaya səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.

Səfər çərçivəsində S.Zurabişvili ukraynalı həmkarı V.Zelenski ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək.

Gürcüstan prezidentinin Ukraynanın baş naziri Denis Şmıqal və Ali Radanın sədri Dmitri Razumkovla da görüşü planlaşdırılıb.