“İyulun 1-dən Türkiyədə küçəyə çıxma məhdudiyyəti ləğv olunacaq”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Şəhərlərarası və şəhərdaxili səfərlərdəki məhdudiyyətlərin də aradan qaldırıldığını deyən Türkiyə Prezidenti “Həyat Evə Sığar” (HES) kodunun tətbiqinin və ölkə boyu yeni növ koronavirusa qarşı peyvəndləmənin daha da genişləndiriləcəyini bildirib.